Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun asfaltlanmasına başlanılıb. Bu barədə 22 iyun tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, yolun uzunluğu 32 kilometr, hərəkət hissəsinin eni 7-10,5 metr təşkil edir. Yolun 22-ci kilometrliyində inşa edilən və uzunluğu 149,5 metr, eni 13,5 metr olan 4 aşırımlı körpüdə tikinti işlərinin son mərhələsi icra olunur.