Lənkəranda yeniyetmə 18 yaşlı gənci bıçaqlayıb. Report-un iyunun 16-da verdiyi məlumata görə, hadisə Səpnəkəran kəndində baş verib.
Belə ki, 14 yaşlı yeniyetmə qonşusu 18 yaşlı Hüseynəli Hüseynovu bıçaqlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.