Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə 27 sentyabr tarixində Report məlumat verib.
Rayonun Nərimanabad qəsəbəsində 1988-ci il təvəllüdlü Elvin Taryel oğlu Əliyevin ehtiyatsız davranışı nəticəsində su çəni onun üstünə aşıb. Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.