Lənkəranın Ürgə kəndində qadın həyat yoldaşını ailə münaqişəsi zəminində bıçaqlayıb. Bu barədə iyunun 16-da Report xəbər paylaşıb.
Məlumata əsasən, Göyşaban kənd sakini qızını evə gec gəlməsi səbəbindən döyüb. Ana isə qızını müdafiə edərək həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.