Məscidlərin nəzir qutularını qarət edən Lənkəran sakini saxlanılıb. Bu barədə mayın 16-da APA xəbər yayıb.
Hadisə rayonun Tütəpeştə kəndində qeydə alınıb. Nəzir qutusunun içindən 120 manat oğurlanıb. Əməli törətməkdə Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron qolbaq olan Zülfi Nəzərli şübhəli bilinir.
O, Seydəkəran kənd məscidinin qarşısındakı nəzir qutusundan da pul oğurlayıb.
Faktlarla bağlı araşdırma aparılır.
[video id=48522]