Lənkəranda narkotik vasitə satan şəxslər saxlanılıb. Mayın 30-da Report-dan verilən məlumata görə, onlardan 6 kiloqramdan artıq narkotik aşkarlanıb.
Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Rövşən Acalov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
Şəxsi axtarış zamanı onun üzərindən marixuana və elektron tərəzi aşkarlanıb. İdarə etdiyi avtomobildən isə 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana götürülüb.
O, narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı imiş. Faktla bağlı araşdırma aparılır.