Lənkərançaydan kişi meyiti tapılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 19 iyul tarixində məlumat verir.
16 iyul 2024-cü il tarixində Lənkərançay çayında batan 48 yaşlı Elşad Panayevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.