Lənkəranın Qala Xiyabanı küçəsində 2 yaşlı uşaq pəncərədən yıxılıb. Bu haqda iyunun 15-də Report məlumat verib.
Azyaşlı nəzarətsiz qalaraq 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kritik-ağır olduğu bildirilir.
Uşağın paytaxt xəstəxanalarından birinə köçürülməsi nəzərdə tutulur.
Faktla bağlı araşdırma davam edir.