Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 19 oktyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili yolu keçmək istəyən piyada - 53 yaşlı Rəvanə İsrafil qızı Babayevanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq dirəyə çarpılıb.
Piyada hadisə yerində dünyasını dəyişib.
Sürücü isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.