Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada dünyasını dəyişib. Bu barədə mayın 6-da Report məlumat yayıb.
İnsident rayonun Sütəmurdov kəndi ərazisində baş verib. Mərhum sol budun deşilmiş-əzilmiş yarası ilə aqonal vəziyyətdə xəstəxanaya çatdırılmışdır. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilib ki, sözügedən şəxs avtomobillərin ehtiyat hissələri satışı mağazasında tikinti-təmir işləri ilə məşğul olub. İlkin məlumata görə, onun mağazada işləyən kassirlə aralarında mübahisə yaranıb. Sütəmurdov kəndində körpünün altında davam edən dava bıçaqlanma ilə nəticələnib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralını xəstəxanaya çatdırdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.