Lənkəranda dələduzluq edən qadın saxlanılıb. Bu barədə 21 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, Lalə Zeynalova əvvəllər də paytaxt ərazisində etdiyi əməllərinə görə “dələduzluq” maddəsilə axtarışda olub. Belə ki, o, Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə hər birinin ayrı-ayrı məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib.
"Lalə Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.