Lənkəranda iyunun 5-i saat 23:00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə iyunun 6-da APA Daxili İşlər Nazirliyinə istinadən məlumat paylaşıb.
Sütəmurdov kənd sakininin idarə etdiyi “Mercedes” Liman şəhər sakininin idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub. Nəticədə “KİA”nın sürücüsü həlak olub, “Mercedes”də olan sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.