Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 22-də Lənkəran şəhərində keçiriləcək. Bu barədə 20 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, yarmarkada Lənkəran şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida, qeyri-qida məhsulları, sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli görüşlər keçiriləcək. Festivalın təşkilində məqsəd bölgənin KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və yerli məhsulların tanıdılmasıdır.
Yarmarka Lənkəran şəhərində Heydər Əliyev Parkında təşkil olunacaq və saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.