Lənkəranda narkotik satan 8 nəfər saxlanılıb, 10 kiloqramdan artıq güclü narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə mayın 6-da Report-a DİN-dən məlumat verilib.
Belə ki, Masallı rayon sakini, əvvəllər də məhkum olunmuş Azər Talıbov saxlanılıb. Ondan ümumilikdə 10 kiloqramdan artıq heroin aşkarlanıb.
Bundan başqa, Lənkəranda şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlardan da müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.