Növbəti Peşələr Festivalı 19 may tarixində Lənkəranda keçirilib. Bu barədə 20 may tarixində Dövlət Məşğulluq Agentliyinin Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, tədbirdə dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib. Festivalda qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Festivalda iştirak ödənişsizdir.
Qeyd edək ki, növbəti tədbir 21 may tarixində Şirvanda keçiriləcək.