Lənkəranda qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Bu barədə mayın 26-da APA məlumat yayıb.
Saxlanılan şəxsin Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Emil Hacıyev olduğu müəyyən edilib. Onun qonşusuna məxsus, hazırda yaşayış olmayan torpaq sahəsində yetişdirdiyi 37 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.