Lənkəranda qoyun oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb. Bu barədə iyunun 17-də Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə rayon ərazisindəki ferma və otlaq sahələrindən ümumilikdə 15 baş qoyun oğurlayıblar. Oğurladıqları qoyunları Rövşən Rzayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobilə qoyaraq aparıblar.
Müxtəlif şəxslərə satdıqları həmin heyvanların bir qismi aşkarlanaraq sahiblərinə təhvil verilib. Həmçinin Rövşən Rzayevin üzərindən heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.