Lənkəran rayonu Boladi kənd 1 saylı tam orta məktəbinin 7-ci sinif şagirdi diqqət çəkən qurğu yaradıb. Bu barədə oktyabrın 13-də APA TV məlumat yayıb.
Taleh Cabbarov fizikaya böyük marağı olduğu üçün gələcəkdə mühəndis olmağı arzulayır. O, boş vaxtının çoxunu yaratdığı qurğulara sərf edir.
Talehin məqsədi 1 km məsafədən elektrik alınması mümkün olan qurğu ixtira etməkdir. Yeniyetmə artıq bir neçə dəfə sınaq da aparıb.
Məktəbliyə bu işində fizika müəllimi dəstək olub.
Qeyd edək ki, Taleh Cabbarov inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qalibi olub.