Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova iyunun 15-də keçirdiyi brifinqdə bildirib.
Sergey Lavrovun Bakıya işgüzar səfəri iyunun 23-24-də baş tutacaq. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə və Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüş nəzərdə tutulub.