Prezident İlham Əliyev Quba rayonunda səfərdə olarkən Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə Zəngəzur dəhlizinin açılışından bəhs edib:
“Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Yaxşı olar ki, bu məsələ danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”.
Dövlət başçısı, həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanı kifayət qədər güclü dairələr saxlamağa cəhd göstəriblər, lakin buna nail ola bilməyiblər.
“Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib”, - deyə Prezident vurğulayıb.