Perunun paytaxtı Lima şəhərində “Mellizo Villena Rey” körpüsü mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə mayın 30-da APA məlumat paylaşıb.
Miraflores rayonunda yerləşən körpünün üzərində “Azərbaycan - Müstəqillik Günü” yazısı da əks olunub.
Sözügedən körpü Limanın Miraflores və Barranko rayonlarını birləşdirir.