Litva Prezidenti Qitanas Nauseda 18-20 may tarixlərində Azərbaycan və Ermənistana səfər edəcək. Bu haqda Litva liderinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində hər iki dövlətin başçıları ilə görüş keçiriləcək. Litva rəsmisi Cənubi Qafqaz regionunda təhlükəsizlik, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti və enerji sektoru üzrə fikir mübadiləsi aparacaq.
Qitanas Nausedanın Baş nazirlər Əli Əsədov və Nikol Paşinyanla da görüşəcəyi gözlənilir.