Litva Prezidenti Qitanas Nauseda Azərbaycana səfər edəcək. Bu barədə mayın 11-də Report məlumat yayıb.
Dövlət başçısı mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək.
Forumun əsas məqsədi iki ölkə arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır. Forumun əsas mövzuları qida sənayesi, enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olacaq.