Xocalı soyqırımının şahidi olmuş litvalı tanınmış hərbi jurnalist Rikardas Lapaitis öz Facebook səhifəsində ermənilərin vəhşiliyinə həsr olunmuş yazı dərc edib.
Yazıda R. Lapaitis aşağıdakıları qeyd edir: “Bakı-Qubadlı avtobuslarını görəndə ağlıma qəribə fikirlər gəlir. On illər boyunca Qubadlı minalarla dolu cəhənnəmə çevrilib. Hətta məscidləri, müqəddəs yerləri donuzxanaya çeviriblər”.
O, Ermənistan hakimiyyətinin vandalizmini qəti şəkildə pisləyib və insanlığa qarşı görünən bu vəhşiliyə biganə qalmayacağını bildirib.
[gallery columns="1" size="large" ids="15714"]