Ölkədə fəaliyyət göstərən banklara informasiya təhlükəsizliyi sistemlərini müvafiq ISO 27000 standartlarına uyğunlaşdırmaları üçün növbəti ilin aprel ayına kimi vaxt verilib. Bu haqda 9 dekabr tarixində Azərbaycan Mərkəzi Bankının informasiya texnologiyaları üzrə direktoru Anar Quliyevə istinadən Apa xəbər verib.
“Qaydalar 2021-ci ilin iyun ayında təsdiq olunsa da, biz banklara müəyyən müddət verdik. Bu müddət 2022-ci ilin aprel ayında bitəcək", - direktor vurğulayıb.
Anar Quliyev, həmçinin qeyd edib ki, bu dəyişiklik bank sektorunda əməliyyat risklərini azaldacaq və informasiya sistemlərində səhv ehtimalların azalmasına gətirib çıxaracaq.