Lökbatan qəsəbəsində 3,8 kilometr uzunluğa malik küçələrdə təmir işləri icra olunur. Bu barədə 22 iyun tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məlumata əsasən, qəsəbədə uzunluğu 1000 metr olan Massiv 6,1A küçəsi və 2800 metr uzunluğa malik Massiv 6, Yeni məhəllənin yollarında təmir işləri aparılır. Bildirilib ki, sözügedən küçələr torpaq əsaslı idi. Hazırda isə hər iki ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.