Bakıda kişi baldızı tərəfindən bıçaqlanıb. Bu haqda mayın 12-də Qafqazinfo məlumat yayıb.
İnsident Lökbatan qəsəbəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü kişi baldızı ilə mübahisə zamanı qarnının ön divarından bıçaqlanıb. Bildirilib ki, hadisə ailə-məişət zəminində baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.