Bakının Qaradağ rayonunda yol qəzası zamanı 33 yaşlı kişi yaralanıb. Bu barədə oktyabrın 15-də APA xəbər yayıb.
Hadisə Lökbatan qəsəbəsində baş verib. Teymur Binyətov sərxoş halda yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik maşını vurub.
O, ağır vəziyyətdə sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.