Türk lirəsinin ucuzlaşması manatın məzənnəsinə təsir edə bilməz. Bu barədə 8 dekabr tarixində Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyevə istinadən Report xəbər verib.
Alim Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, manatın məzənnəsinin növbəti ildə də sabit saxlanılması üçün bütün imkanlar var. “Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - deyə o, əlavə edib.