Zərdabda mağazalardan oğurluq edən Yevlax sakinləri - 3 qadın və 1 kişi saxlanılıb. Bu barədə oktyabrın 25-də Report xəbər yayıb.
Axtarış tədbirləri nəticəsində rayon ərazisində iaşə obyektlərindən, eləcə də mağazalardan oğurluqda şübhəli bilinən Kərimova Aidə, Mustafayeva Züleyxa, Mustafayeva Samirə və əvvəllər də dəfələrlə məhkum olmuş Mustafayev Bəhruz saxlanılıblar.
Onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərin mağazalardan oğurladıqları geyim əşyaları və digər əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.