2022/2023-cü tədris ili magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Mayın 18-də Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumilikdə 21 103 bakalavr ərizəsini təsdiq edib. Onlardan 19 372-si Azərbaycan, 1 731-i isə rus bölməsidir.
Həmçinin 14 840 nəfər 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 13 761-i Azərbaycan, 1 079-u isə rus bölməsidir.
İkinci cəhd imtahanı mayın 29-da keçiriləcək. Birinci cəhd imtahanı isə fevralın 20-də baş tutmuşdu.