Rusiyanın "UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı aviareysləri bərpa olunmadan ləğv edilib. Bu haqda iyunun 6-da APA Rusiya mətbuatına istinadən xəbər yayıb.
Bildirilib ki, Azərbaycan hökuməti uçuş üçün verdiyi icazəni geri çağırıb. Səbəb açıqlanmayıb.
Məlumat Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən təsdiqlənib.
Qeyd edək ki, reys iyunun 3-dən bərpa edilməli idi. Uçuşların cümə və bazar günləri həyata keçirilməsi planlaşdırılırdı.