Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb. Bu haqda iyunun 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1 070 məktəbəhazırlıq qrupunda 25 484 uşaq məşğələyə cəlb olunub.