Bakıda məktəbin yaxınlığında narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 4 oktyabr tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar araşdırılıb.
Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində paytaxt sakini, 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.
Onun üzərindən 102 qram narkotik vasitə heroin aşkar edilib.
Araşdırma zamanı Z.Hacıyevin həm narkotik istifadəçisi olması, həm də satışını təşkil etməsi məlum olub. Onunla birlikdə görüntülənən şəxslərin isə məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib.
Şübhəli şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.