top
Məktəblərdə cinsi tərbiyə dərsi niyə keçirilmir? – Mütəxəssislərdən AÇIQLAMA
30 aprel 2025, 11:32
- ↺ +

Məktəblərdə cinsi tərbiyə dərsi niyə keçirilmir? – Mütəxəssislərdən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cinsi tərbiyə mövzusu bir çox ailə və cəmiyyət üçün tabu sayılır. Valideynlər və müəllimlər bu mövzunun məktəbdə açıq şəkildə müzakirə edilməsini narahatedici və “uyğunsuz” hesab edirlər.

Təhsil proqramlarında cinsi tərbiyə ya ümumiyyətlə yer almır, ya da çox səthi şəkildə qeyd olunur.

Bəs, görəsən, məktəblərdə niyə cinsi tərbiyə dərsi keçirilmir? Məktəblərdə cinsi tərbiyə tədris olunarsa, bu, cəmiyyət üçün faydalı olarmı?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə,  nəzərə almaq lazımdır ki, məktəbdə konkret bir proqramlara əsaslanaraq bütün dərslər keçirilə bilməz:

“Biz tez-tez bu cür müzakirələri görürük. Biri deyir ki, mütləq iqtisadiyyat keçirilsin, bəziləri deyir ki, cinsi tərbiyə dərsi keçirilsin. Biz məktəbə bütün fənləri gətirsək, o zaman uşaqlar gərək 24 saat məktəbdə olsun. Bu cəmiyyətdə yayğın bir fikirdir. Məktəbdə hər şey keçirilsə, o zaman gərək əsas fənlər keçirilməsin.

Burada əsas məsələ ailənin üzərinə düşür. Ailələr tərbiyə işini düzgün qurmalıdır. Məktəbdə də tərbiyə işi düzgün qurulmalıdır. Burada çıxış yolu ondan ibarətdir ki, məktəbdə hansısa tərbiyəvi söhbətlər, müzakirələr aparıla bilər.

Ailə və məktəb öz rolunu düzgün oynamalıdır. Sadəcə əlavə maarifləndirici görüşlər keçirilə, əlavə məlumatlar və bilgilər verilə bilər”.

Psixoloq Aytən Ələkbərli qeyd edib ki, cinsi tərbiyə mövzusu ilə bağlı məktəblərə heç psixoloqları da dəvət edib, maarifləndirmə aparılmır:

“Bu mövzu tədris edilməlidir. Çünki nə isə danışılarsa, xüsusən də yeniyetmələrdə eyforiya halları baş verir. Bu mövzu uşaqlar ilə fərdi və ya əlavə qrup şəkilində, videoçarxlar nümayiş etdirərək müzakirə olunsa, daha çox nəticə əldə etmək mümkündür.

Yeniyetmələr arasında zorakılıq halları artıb. Çünki onların hissləri oyaq olur. Yaxşı olardı ki, Daxili İşlər və Səhiyyə nazirlikləri tərəfindən sosial çarxlar hazırlansın. İzahı peşəkar psixoloqlar tərəfindən verilərsə, gözəl nəticə əldə etmək olar”.

Təhsil eksperti Elçin Süleymanov isə əlavə edib ki, cinsi tərbiyə mövzusunda fakültətiv dərslər keçirilə bilər:

“Məktəblərdə sırf cinsi tərbiyə kimi ayrı bir fənn deyil, müəyyən fənlərin tədrisində əlaqəli mövzular keçirilir. Məsələn, biologiya və həyat bilgisi fənlərinin içərisində olur. Düşünürəm ki, əgər müəllimlər bu mövzuda effektiv anlayışları şagirdlərə çatdırırlarsa, yetərlidir. Yəni ki, sinif rəhbəri fakültətiv məşğələ və ya müəyyən təlimlər keçə bilər. Mütəxəssislər də dəvət edilə bilər…

Bəzi ölkələrdə bu fənn tədris edilsə də, çox ölkələrdə yoxdur. Bu, fənn şəklində yox, daha səmimi bir fəaliyyət şəkilində təşkil oluna bilər”.

Nəzrin Vahid 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Oxşar xəbərlər