Qəbələdən məktəbliləri aparan sərnişin avtobusu iyunun 12-də Şamaxı-Bakı yolunda qəzaya düşüb. Bu haqda Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Bəşarət Məmmədov “Facebook” səhifəsində məlumat paylaşıb.
Üzərində Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış “Mercedes” markalı sərnişin avtobusu saat 23:00 radələrində yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Nəticədə paytaxta yola düşən 55 sərnişindən 11 nəfəri xəsarət alıb.
Qəzaya düşən sərnişinlər Bakı şəhəri 279 nömrəli orta məktəbin müəllim və şagird heyətidir.