Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) fəaliyyətə başlayandan bu günə qədər Azərbaycanda özəl sektora 510 milyon avro kredit ayırıb. Bu barədə 24 iyun tarixində Report maliyyə naziri Samir Şərifovun sözlərinə istinadən məlumat verib.
O, həmçinin bildirib ki, bank yerli maliyyə bazarlarının inkişafında da iştirak edib.
“2019-cu ildə "Bakı Fond Birjası" QSC-də QDTİB-nin korporativ istiqrazları üzrə hərrac keçirilib və cəlb edilmiş vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulub”, - deyə nazir qeyd edib.