Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışını asanlaşdırıb. Bu haqda bankın rəsmi səhifəsində 25 may tarixində məlumat verilib.
Vətəndaşlar sözügedən pul nişanlarını ölkənin hər bir kommersiya bankından və Mərkəzi Bankın Bakı şəhəri və regionlarda fəaliyyət göstərən “Nağd pul ofisləri”ndən əldə edə bilərlər.
Həmçinin Elektron Satış Sistemindən istifadə etməklə bu pul nişanlarını nağdsız qaydada (ödəniş kartları vasitəsilə) satın almaq olar.