Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib. Bu barədə Lent.az iyunun 8-də məlumat paylaşıb.
Tibb xidməti polkovniki Azad Abdullayev “vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə” maddəsilə ittiham olunur.
Cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
A.Abdullayev daha öncə Respublika Hərbi Prokurorluğunda açılmış cinayət işi üzrə saxlanılıb.