Masallı rayonunda Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü kilometrindən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb. Bu barədə 2 iyun tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məlumata əsasən, uzunluğu 38 kilometr olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir. Bildirilib ki, yolların yenidən qurulmasında məqsəd 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək və dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Qeyd olunub ki, layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin təmiri icra olunacaq.