Abşeronda 20 yaşlı gənci avtomobil vurub. Bu haqda mayın 17-də Report xəbər yayıb.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2002-ci il təvəllüdlü Şəhriyar Səmədov yolu keçərkən avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.