Dünən, iyunun 23-də İtaliyanın paytaxtı Roma şəhərində güləş üzrə Matteo Pellikone turnirində yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Turnirin 2-ci günündə daha bir güləşçimiz medal qazanıb. Belə ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə gümüş medala sahib çıxıb. Qeyd edək ki, güləşçimiz zədələndiyi üçün finalda güləşməyib. Bu gün sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaq. Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri turniri 4 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar. Millimiz turnirdə komanda hesabında 148 xalla 1-ci yeri tutub.
Qeyd edək ki, cari ilin 3-cü reytinq turniri statusunu daşıyan yarış iyunun 25-dək davam edəcək.