Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 28-33°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.