Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir tutulacaq.
Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 20-25°, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacaq.