Sabah saat 13:00-da Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək. Bu haqda mayın 28-də APA məlumat yayıb.
Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə yürüş startı Heydər Əliyev Mərkəzinin qarşısından götürüləcək.
Keçiriləcək müsabiqələrdə qalib gələn iştirakçılar və tamaşaçılar Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən mükafatlandırılacaqlar.
Qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.