Dövlət Məşğulluq Agentliyi və “McDonald’s Azərbaycan” QSC arasında memorandum imzalanıb. Bu barədə mayın 25-də agentliyin saytında məlumat verilib.
Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılması üçün tədbirlərin, proqram və layihələrin həyata keçirilməsidir.
Hazırda ölkəmizdə “McDonald’s Azərbaycan” şirkətinin 20 restoranı fəaliyyət göstərir. Bu müəssisələrdə 2000-dən çox insan çalışır.