Abşeron rayonunun Mehdiabad qəsəbəsində ikimərtəbəli evdə yanğın baş verib. Bu barədə mayın 10-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, evin ikinci mərtəbəsinin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.