Abşeron rayonunda 12 yaşlı yeniyetməni avtomobil vurub. Bu barədə 31 may tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Mehdiabad qəsəbəsində baş verib. Belə ki, 2010-cu il təvəllüdlü şəxs yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.