“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, stansiya və qatarlarda istifadə olunmuş su qabları, qida və kulinariya vasitələrini atmamağa çağırır. Bu barədə iyulun 1-də qurumdan məlumat verilib.
Qeyd olunub ki, yuxarıda sadalanan halların artması müşahidə edilir. Stansiya və qatarların təmizliyinin qorunub saxlanması məqsədilə monitorinqlər davam etdirilir.
“Bir sərnişinin diqqətsizliyi və biganəliyi yüz minlərlə insanın sağlamlığına xələl gətirə bilər”, - deyə əlavə olunub.