Bakı metrosunun “İnşaatçılar” stansiyasında oğurluq edən və əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Bu barədə Report mayın 21-də məlumat paylaşıb.
O, Xırdalan şəhər sakininin çantasından mobil telefon və pul, şəxsiyyət vəsiqəsi, iki bank kartı olan cüzdan oğurlayıb. Əməli törədən Göyçay rayon sakini tutulub.
Faktla bağlı araşdırma davam edir.